Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəblərdə tətil günləri açıqlandı
Məktəblərdə tətil günləri açıqlandı
14 Mart 2016 / 12:28 / Baxış sayı: 1124
Font1 Font2 Font3 Font4

Şagirdlər 1 həftə istirahət edə biləcəklər. Novruz bayramı ərəfəsində ümumtəhsil müəssisələrində şagirdlər üçün nəzərdə tutulan tətil günlərinin vaxtı açıqlanıb. Bu barədə ANS PRESS-ə Təhsil Nazirliyindən məlumat verilib. 

“Bayramın ilk günü bazar gününə təsadüf etdiyindən bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq.  Belə ki, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində mart ayının 19-u, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür”, – deyə nazirlikdən bildirdilər.

“Şagirdlər Novruz bayramı ərəfəsində bir həftə istirahət edə biləcəklər”

Verilən məlumat görə, mart ayının 20-sinin bazar gününə düşməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar bayramdan sonra altıgünlük iş həftəsi ilə işləyən məktəblərində martın 26-ı, beşgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrdə isə martın 28-i dərs günü olacaq.

Novruz bayramında 8 gün iş olmayacaq
Nazirlər Kabineti 2016-cı ildə Novruz bayramında qeyri-iş günləri haqqında qərar verib. Qərara əsasən, bu il 20, 21, 22, 23, 24 mart Novruz bayramı kimi qeyd ediləcək. 20 mart bazar gününə təsadüf etdiyi üçün həftənin bir günü qeyri-iş gününə təsadüf edir.

26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında 8 gün istirahət etmək mümkün olacaq. Bu isə mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-dir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə