Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəvəsi öldürülən baba İlham Əliyevə müraciət etdi… VİDEO
Nəvəsi öldürülən baba İlham Əliyevə müraciət etdi… VİDEO
14 Mart 2016 / 12:46 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4

“Turan” futbol komandasının rəhbəri Vidadi Əhmədovun qardaşıdır Bir müddət əvvəl NUH.az saytı “Zakir Qaralov və Şakir Musayev nəvəmin qanını batırıb” başlıqlı yazı dərc etmişdi.

Qısa xatırlatma üçün qeyd edək ki, Tovuz rayon sakini olan təqaüdçü müəllim İslam Aslanov əməkdaşımızla telefon əlaqəsi saxlayaraq bildirimişdi ki, onun nəvəsi Azad İslamzadəni Fikrət Əhmədov avtomobillə vuraraq öldürüb: “Fikrət Əhmədov mənim 1-ci sinifdə oxuyan nəvəmi öz avtomobili ilə vurub öldürəndən sonra aparıb parka atıb. Nəvəmin avtomobillə vurulmasını tibbi ekspertiza da təsdiq edib. Ancaq sonradan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin əmri ilə rəylər dəyişdirilib. Bu işdə prokurorluq işçiləri də cinayətkarı müdafiə ediblər. Dəfələrlə Baş prokuror Zakir Qaralovun qəbulunda olsam da iş obyektiv aparılmayıb. Onlar nəvəmin qanını batırıblar”.

Zərəçəkən NUH.az-ın əməkdaşına onu da bildirmişdi , Fikrət Əhmədov “Turan” futbol komandasının rəhbəri Vidadi Əhmədovun qardaşıdır. Bu gün İslam Aslanov yenidən NUH.az-la əlaqə saxlayaraq öz şikayətinin videoyazısını bizə göndərdi. Biz babanın fikirlərini işıqlandırmaqla bərabər qarşı təərfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə