Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Dadaş Bakinskiy” Rusiyadan çıxarıldı
“Dadaş Bakinskiy” Rusiyadan çıxarıldı
14 Mart 2016 / 13:21 / Baxış sayı: 1476
Font1 Font2 Font3 Font4

Azərbaycanlı qanuni oğruya 2021-ci ilə kimi Rusiyaya giriş qadağan edilib. Rusiyada azərbaycanlı qanuni oğru deportasiya edilib. “Prayam Kraym”ın verdiyi məlumata görə,  42 yaşlı Dadaş İbrahimov oğru aləmində “Dadaş Bakinskiy” kimi tanınır.

O, martın 12-də hüquq mühafizə orqanı əməkdaşlarının müşayiəti ilə Moskvanın Domodedova hava limanına gətirilib. 42 yaşlı azərbayacanlı “Moskva-Bakı” reysi ilə Rsuiyadan deportasiya edilib. Qanuni oğruya 2021-ci ilə kimi Rusiyaya gəlmək qadağan edilib.

O, qısa müddət öncə həbsdən azad edilib. D.İbrahimov 2012-ci ildə həbs edilmişdi. O, narkotik maddə saxlamaqda ittiham edilərək saxlanılmışdı. Üç il sonra isə həbsxana əməkdaşına rüşvət verməyə çalışdığı üçün məhkum edilmişdi.

“Dadaş Bakinskiy” – qanuni oğru

O, 2012-ci ildə Sankt Peterburqdan qayıdarkən vağzalda tutulmuşdu. Saxlanılan zaman üzərində heroin də daxil olmaqla ümumi çəkisi 3 qrama yaxın narkotik maddə aşkarlanmışdı. Rusiyaya getməmişdən öncə o Azərbaycanda da məhkumluq həyatı yaşayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə