Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabiq icra başçısının 400 min “atan” qardaşıyla bağlı – Yeni məlumatlar
Sabiq icra başçısının 400 min “atan” qardaşıyla bağlı – Yeni məlumatlar
14 Mart 2016 / 13:39 / Baxış sayı: 1084
Font1 Font2 Font3 Font4

Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin 400 min manatlıq dələduzluqda ittiham olunan qardaşı Hümbət Səfərova qarşı açılmış cinayət işi ilə bağlı yeni detallar məlum olub.

Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyevin şikayəti əsasında Hümbət Səfərov bir müddət bundan öncə saxlanılıb. Bildirilir ki, o, şübhəli şəxs qismində saxlanılıb və 48 saatdan sonra azadlığa buraxılıb. Polis şöbəsindən ona şikayət edən şəxsdən aldığı pulu tez bir zamanda geri qaytarması, əks təqdirdə həbs olunacağı deyilib. H.Səfərov pulu qaytaracağına söz versə də sonradan sözünə əməl etməyib. Mənbə bildirir ki, H.Səfərov biznesmendir və eyni zamanda Elmed Tibb Mərkəzinin sahibidir.

Qeyd edək ki, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə