Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tahir Kərimovun kadrları vahimədə – Faiq Nəcəfov kimdir?
Tahir Kərimovun kadrları vahimədə – Faiq Nəcəfov kimdir?
14 Mart 2016 / 14:12 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4

İki həftə öncə prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən uzaqlaşdırılan, heç bir etimad göstərilməyən Tahir Kərimovun harada olduğu bilinmir. Vəzifədən çıxarılandan sonra qeyb olan Kərimovu gördüm deyən yoxdur.

Amma bir maraqlı məqam var. 5 il Salyanda icra başçısı postunu tutan T. Kərimov Salyanı tərk etsə də, yaxın ətrafı, qanunları bir yerdə pozduğu əlaltıları hələ də vəzifədədir. Hansı ki, onların da vəzifədən uzaqlaşdırılması labüddür.

Təbii ki, artıq onlar zərərsizləşdiriliblər. İllər uzunu Salyanda Kərimovun adından istifadə edərək “at oynadan” şəxslər indi bir künçə sıxılıb vəzifələrini itirməmək üçün yollar axtarırlar.

arxiv.bizimxeber.az-ın məlumatına görə, T.Kərimovun rayondakı qara işləri həyata keçirən ən yaxın adamı və qohumu Salyan Telefon Qovşağının rəisi Faiq Nəcəfov və köməkçisi Kərəm Muradov olub. Kərimova arxalanaraq qılıncının dalı da, qabağı da kəsən F.Nəcəfov vətəndaşları rəhqir etməkdən, hətta həbs etdirməkdən belə çəkiməyib. Konkret faktlar göstərmək olar ki, dediklərimiz  təsdiqini tapsın.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, indi özünü peyğəmbər kimi göstərməyə çalışan F.Nəcəfov vəzifədə qalmaq üçün bütün yollara əl atır. Yəqin ki, zaman-zaman Kərimovun qanunpozan, vətəndaşlarla normal rəftar etməyən adamları Salyandan uzaqlaşdırılacaq.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Faiq Nəcəfovun Rayon Polis Şöbəsini, Rayon Prokurorluğunu, Rayon Məhkəməsini, MTN-nin yerli şöbəsini, Maliyyə şöbəsini və onların həmçinin bütün digər dövlət qurumlarının rəhbələrini və məsul şəxslərini dinlətdirdiyi ilə bağlı məlumat yayılmışdı. 

Ölkə başçısının sərəncamı ilə Salayana yeni icra başçısı olaraq Sevindik Hətəmov təyin olunub.

arxiv.bizimxeber.az

 



Tahir Kərimovun kadrları vahimədə – Faiq Nəcəfov kimdir? yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə