Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Həsənov yapon şirkətlərini Azərbaycana dəvət etdi
Əli Həsənov yapon şirkətlərini Azərbaycana dəvət etdi
14 Mart 2016 / 15:18 / Baxış sayı: 856
Font1 Font2 Font3 Font4

Prezident köməkçisi müsahibə verib. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiya şirkətlərini Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyə çağırıb. Bu barədə Ə. Həsənov Yaponiyanın “Jiji Press” nəşrinə müsahibəsində deyib.

“Azərbaycan yapon şirkətlərinin Xəzər dənizində fəaliyyətlərini genişləndirəcəyinə ümid edir”, – deyə prezidentin köməkçisi bildirib. Cənub Qaz Dəhlizi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Trans-Anadolu qaz kəmərinin (TANAP) və Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə