Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aynur Camalqızının qəzeti bağlandı – Saytlarda kütləvi ixtisar
Aynur Camalqızının qəzeti bağlandı – Saytlarda kütləvi ixtisar
14 Mart 2016 / 15:29 / Baxış sayı: 1052
Font1 Font2 Font3 Font4

Aynur Camalqızının rəhbərlik etdiyi “Gündəlik Teleqraf” qəzeti fəaliyyətini dayandırıb. AzNews.az-a daxil olan məlumata görə, baş redaktor Taleh Şahsuvarlı artıq qəzetdən ayrılıb. Məlumata görə, qəzet bağlansa da, teleqraf.com saytı fəaliyyətini davam etdirəcək.

Lakin saytın əməkdaşlarının əksəriyyəti işdən çıxarılıb. Aynur Camalqızının rəhbərlik etdiyi digər saytlarda – publika.az və axar.az-da da kütləvi ixtisarlar aparıldığı bildirilir. Saxlanılan işçilərin maaşları isə azaldılıb. Məsələ ilə bağlı A.Camalqızından açıqlama almaq istəsək də, telefonlarımıza cavab vermədi.

***15:18

Taleh Şahsuvarlı qəzetin bağlanmasını və oradan ayrılmasını təsdiqləyib. O, bununla bağlı sosial şəbəkədə status yazıb. Lakin qısa müddət sonra statusunu silib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə