Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda siqaret qıtlığı: tütün məhsulları bahalaşdı
Azərbaycanda siqaret qıtlığı: tütün məhsulları bahalaşdı
14 Mart 2016 / 15:44 / Baxış sayı: 914
Font1 Font2 Font3 Font4

Azərbaycanda tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulmasından sonra xüsusilə Bakıda siqaret qıtlığı yaranıb. Baku.ws-in əməkdaşının əldə etdiyi məlumata görə, paytaxt mağazalarında siqaret satışında problemlər var. 

Yeni qərara əsasən, mağaza sahibləri siqaret alışını kartla, nağdsız qaydada həyata keçirməlidir. Ancaq həftə sonu mağaza sahiblərinin bəzilərinin kartında vəsaitin olmaması, həmçinin bankların işləməməsi siqaret qıtlığına gətirib çıxarıb.

Bununla yanaşı, müşahidələrə əsasən deyə bilərik ki, müxtəlif növ siqaretlərin qiymətində cüzi də olsa bahalaşma qeydə alınıb. Mağaza sahibləri siqaret satışındakı artımın nağd ödənişə keçidlə bağlı olduğunu deyir. Əlavə xərclərin yarandığını deyən sahibkarlar məhz bu səbəbdən siqaretlərin qiymətində təxminən 10 qəpiklik artım ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə