Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Atvxeber”in baş redaktoru işdən qovuldu
“Atvxeber”in baş redaktoru işdən qovuldu
14 Mart 2016 / 16:35 / Baxış sayı: 1948
Font1 Font2 Font3 Font4

ATV telekanalının saytı olan atvxeber.az-ın baş redaktoru Bəxtiyar Əlirzayev işdən qovulub. Bu barədə Veteninfo.az-a ATV-dəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Bəxtiyar Əlirzayevin yerinə Aynur Hacıyeva təyin olunub.

Bəxtiyar Əlirzayev işdən qovulmaını açıqlamayıb. Buna səbəb ona TV-dən xəbərdarlıq olub. Çünki onun qovulmasında müəmmalı məqam var. Mənbə bildirir ki, məsələni ictimailəşdirsə, TV rəhbərliyi də onun nəyə görə qovulduğunu açıqlayacaq.

Qeyd edək ki, Bəxtiyar Əlirzayev əvvəllər Gülər Əhmədovanın “Mərkəz” qəzetində işləyib və oradan qovulub. Bu məsələ isə mediada uzun müddət müzakirə olunub. Daha sonra Aynur Camalqızının rəhbərlik etdiyi publika.az saytında işləyib. Oradan da uzaqlaşdırılıb. O atvexeber.az-a gedəndən sonra yazar Səxavət Sahil baş redaktor vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, iki gün əvvəl arxiv.bizimxeber.az- olaraq ATV-də kadr dəyişikliyi ilə bağlı məlumat vermişdik.

http://arxiv.bizimxeber.az/2016/03/11/atv-d%C9%99-ciddi-maliyy%C9%99-bohrani-yasanir/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə