Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan sabah Bakıya gələcək – Rəsmi məlumat
Ərdoğan sabah Bakıya gələcək – Rəsmi məlumat
14 Mart 2016 / 17:19 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana rəsmi səfər edəcək. Bu barədə azvision.az-a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib. Bildirilib ki, R.T.Ərdoğanın martın 15-ə planlaşdırılan səfəri təxirə salınmayacaq və səfər baş tutacaq.

Bakı səfəri zamanı Ərdoğanın prezident İlham Əliyev və digər rəsmilərlə görüşü planlaşdırılır. Qeyd edək ki, dünən Ankaranın “Kızılay” meydanında törədilən terror hadisəsi zamanı 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.

Xatırladaq ki, R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə