Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Martın 20-də Türkiyə qan gölünə çevriləcək – İddia
Martın 20-də Türkiyə qan gölünə çevriləcək – İddia
14 Mart 2016 / 17:48 / Baxış sayı: 1676
Font1 Font2 Font3 Font4

Türkiyə xüsusi xidmət orqanları təhlükəsizlik güclərinə terror aktları barədə xəbərdarlıq edib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Cümhurriyət” qəzeti bildirib. Kəşfiyyatın məlumatına görə, PKK terror təşkilatı martın 20-də terror aktları seriyası təşkil edərək Türkiyəni “qan gölü”nə çevirmək istəyir. Xəbərdə bildirilir ki, təhlükəsizlik gücləri yeni terror aktları üçün istifadə oluna biləcək 20 avtomobili axtarır.

Xəbərdarlığa görə, PKK-nın hədəfi dövlət binaları, hakim partiyanın ofisləri, səfirliklər, ticarət mərkəzləri, turizm yerləri və kütləvi nəqliyyat vasitələridir.

Qeyd edək ki, dünən Ankaranın Qızılay meydanında terror aktı törədilib. Nəticədə 37 nəfər həlak olub, 125-i yaralanıb. Yaralılardan 71-i hazırda xəstəxanadadır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə