Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin öz qoşunlarını Suriyadan çıxarır – Obamaya zəng
Putin öz qoşunlarını Suriyadan çıxarır  – Obamaya zəng
15 Mart 2016 / 11:11 / Baxış sayı: 962
Font1 Font2 Font3 Font4

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Virtualaz.org Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, söhbət zamanı Suriyadakı vəziyyəti müzakirə olunub. Məlumata görə, Putin Obamanı Rusiya aviasiya qrupunun xeyli hissəsinin Suriyadan çıxarılmasına dair qəbul olunan qərar barədə məlumatlandırıb.

Putin bu qərarın beynəlxalq terrorçuluqla mübarizədə Rusiya ordusunun qarşısında qoyulan vəzifələrin icra olunmasından sonra verildiyini vurğulayıb. Tərəflər qeyd edib ki, BMT TŞ-nin 2268 saylı qətnaməsi ilə dəstəklənən Rusiya-ABŞ təşəbbüsü Suriyada münaqişənin miqyasının kəskin azaldılması ilə nəticələnib. Atəşkəsin qorunması və terror qruplaşmaları ilə effektiv mübarizə üçün Rusiya və ABŞ nümayəndələrinin səylərinin razılaşdırılmasının vacib olduğu qeyd olunub.

Xatırladaq ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə