Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəsimidə ağacəkmə aksiyası – FOTOLAR
Nəsimidə ağacəkmə aksiyası – FOTOLAR
15 Mart 2016 / 11:23 / Baxış sayı: 1002
Font1 Font2 Font3 Font4

Ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kompaniyası davam etdirilərək artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir.

Layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ümimrespublika Yaşıl marafon layihəsi çərçivəsində ağacəkmə aksiyasiları davam edir. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, , təsərrüfat xidmətlərinin – ümumilikdə 300 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində ağacəkmə aksiyası təşkil olunmuşdur.

İlk növbədə Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdir. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuşdur.

Keçirilən aksiya zamanı yeni ağaclar əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Nəsimi rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə