Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Fərəcov Sumqayıtı qudasına tapşırıb
Zakir Fərəcov Sumqayıtı qudasına tapşırıb
15 Mart 2016 / 12:19 / Baxış sayı: 2022
Font1 Font2 Font3 Font4

Şəhərin meri bütün pullu işləri Akif Zeynalova verib 

Sumqayıtın yeni icra başçısı Zakir Fərəcovun adı hər gün yeni bir qalmaqalda hallanır. Bir müddət əvvəl ölkənin ən iri üçüncü şəhərinə icra başçısı təyin olunan sözügedən şəxsin yeni məziyyəti üzə çıxıb.

Məlumatlara görə, hazırda Sumqayıt şəhərində bütün gəlirli işlər, habelə tender və digər məsələlər hamısı icra başçısının qudasına həvalə edilib. Zakir Fərəcov tərəfindən atılmış bu addımdan sonra şəhərdə durum daha da ağırlaşmağa başlayıb. Çünk icra başçısının qudası Akif Zeynalov birmənalı olaraq, sahibkarından tutmuş, dövlət müəssisələrinin rəhbərlərinə qədər hamısı üçün bəlli bir məbləğ müəyyənləşdirib. Həmin pulları toplamaq, sərf etmək, təyinatı üzrə xərcləyib, xərcləməmək isə artıq qudanın işidir.

Son məlumata görə, bu yaxınlarda dövlət başçısı tərəfindən ayrılmış 16 milyon manatın da aqibətinə Akif Zeynalov aydınlıq gətirəcək. Belə ki, Fərəcovun qudası həmin pulun hara, nə qədər xərclənəcəyi, hansı dükandan nələrin alınacağı, xaricdən nələr gətiriləcəyinin artıq tədbirini töküb. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə