Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Generalın evində usta işləyən 2 qardaş həbs edildi – “MTN işi”nə görə
Generalın evində usta işləyən 2 qardaş həbs edildi – “MTN işi”nə görə
15 Mart 2016 / 12:46 / Baxış sayı: 1102
Font1 Font2 Font3 Font4

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən iki qardaş həbs edilib.

Bu barədə AzNews.az-a vəkil Adəm Məmmədov məlumat verib. O, bildirib ki, Aslanov qardaşları Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

A.Məmmədovunun sözlərinə görə, 3 aydır ki, həbs olunan iki qardaşın – Aslanov Ramil və Aslanov Vasifin qanunsuz həbsinin hüquqlarının müdafiəsi ilə məşğuldur: “Aslanov qardaşları ölkədə ən yüksək vəzifəli şəxslərin, həmçinin Qazaxıstan Respublikası prezidentinin və Rusiya Federasiyasının Dağıstan Respublikasının Ədliyyə nazirinin, eyni zamanda bas prokurorunun mənzil və villalarının tikintisini həyata keçiriblər. Ağır cinayət törətməkdə ittiham olunan MTN-nin sabiq generalının evini təmir etmək nə vaxtdan cinayət hesab olunur? Aslanov qardaşları heç vaxt generalın adından istifadə etməyib və bu barədə hüquq mühafizə orqanlarına da müraciət olunmayıb”.

Qeyd edək ki, keçmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev “Eldar Mahmudov olayı” ilə əlaqədar həbs olunub. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirli bilinir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə