Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş redaktorun evi yandırıldı
Baş redaktorun evi yandırıldı
15 Mart 2016 / 12:48 / Baxış sayı: 1110
Font1 Font2 Font3 Font4

Bir neçə nəfər “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzili yandırmağa cəhd edib, mənzilə xeyli ziyan dəyib. “Azadlıq”a daxil olan məlumata görə, dünən martın 14-də, gecə saat 2:50 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilinə bir qrup şəxs tərəfindən basqın edilib və mənzil benzin tökülərək yandırılıb.

Lakin həmin vaxt tam təsadüfən bu yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, ardınca isə Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınıb.

Mənzilə xeyli ziyan dəysə də, yanğın jurnalistin çevikliyi sayəsində söndürülüb, az sonra hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qəsdən törədildiyini müəyyən edərək akt yazıblar. Həmçinin jurnalistin sui-qəsd barədə DİN-nin 102 xidmətinə zəngindən bir neçə dəqiqə sonra Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinin istintaqçıları və PPX əməkdaşları hadisə yerində olublar, dərhal əməliyyat şəraiti nəzarətə götürülüb. Artıq Xətai rayon Polis İdarəsi İstintaq şöbəsində fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır. İstintaqçılar da bildiriblər ki, hadisə olduqca ciddidir, jurnalistin həyatına, bütövlükdə ailəsinə qarşı sui-qəsddir, qisasçılıq məqsədilə törədilib.

Hadisə barədə jurnalist Asif Mərzili ilə telefon əlaqəsi saxladıq. Baş redaktor faktı təsdiqlədi və istintaq getdiyi üçün hələlik əlavə heç nə deyə bilməyəcəyini söylədi: “İstintaq getdiyi üçün əlavə heç nə deyə bilmirəm…

İstintaqçılar da ehtimal edirlər və özüm də güman edirəm ki, bu hadisə sırf peşə fəaliyyəti ilə bağlıdır. Çünki son dövrlərdə rəhbərlik etdiyim qəzetdə vətəndaşların şikayəti əsasında ciddi araşdırma yazıları dərc edilib… Bircə onu deyə bilirəm ki, bu məsələ artıq hüquq mühafizə orqanı rəhbərlərinin ciddi nəzarətindədir, inanıram ki, bu qəsdi sifariş verən tezliklə qanun qarşısında cavab verəcək..”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə