Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hacı Məmmədov həbsxanaya köçmək istəyir -MÜRACİƏT
Hacı Məmmədov həbsxanaya köçmək istəyir -MÜRACİƏT
15 Mart 2016 / 14:46 / Baxış sayı: 1200
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Bakı İstintaq təcridxanasına köçürülməsi ilə bağlı müraciət edib. Bu barədə məlumat verən H. Məmmədovun vəkili Afət Qazıyeva bildirib ki, H. Məmmədov saxlanıldığı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasına köçürülməsi ilə bağlı adiyyatı quruma müraciət edib. Vəkil onun müraciətinə hələlik cavab verilmədiyini də bildirib.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə