Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat Baba Rzayevi parlamentdə biabır etdi – Mənə 787 manat borc yazılıb
Deputat Baba Rzayevi parlamentdə biabır etdi – Mənə 787 manat borc yazılıb
15 Mart 2016 / 14:54 / Baxış sayı: 2020
Font1 Font2 Font3 Font4

“Azərişıq” deputata 787 manat işıq pulu borcu yazdı

Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirə edilərkəndeputat Yevda Abramov ötən ilin heç də asan olmadığını deyib.

Millət vəkili qeyd edib ki, ölkəmiz 2015-ci ildə müşahidə edilən iqtisadi çətinlikləri uğurla keçib: “Cənab prezidentin iradəsi, apardığı xarici və daxili siyasətin stabilliyi imkan verdi ki, daha böyük yüksəklikləri fəth edək. Biz dünya çapında 2015-ci ildə keçirilən Avropa Oyunları ilə tanındıq. Bunun böyük siyasi və mədəni əhəmiyyəti oldu. Hesabat və büdcə müzakirələri zamanı deputatlar onlara daxil olan şikayətləri, problemləri qeyd edirlər. Bizim rayonda qaz problemi həll edilib, elektrik problemi yoxdur. Bir sıra infrasturuktur layihələrimiz davam edir. Neftin qiymətinin düşməsi bu layihələrin qarşısını ala bilməz”,-deyə deputat vurğulayıb.

Y.Abramov daha sonra “Azərişıq”ın fəaliyyətindən narazılıq edib: “Mənim özümə 787 manat borc yazılıb. “Azərişıq” 20 il əvvəl ölmüş şəxsə 920 manat borc yazıb. Xalq belə şeylərdən narazılıq edir. Hökumət üzvləri televiziyaya çıxıb vəziyyəti izah etmirlər. Onların əvəzinə efirlərdə müğənnilər didişir”.

Ümumiyyətlə, “Azərişıq” nəinki deputatlara, sayı bəlli olmayan vətəndaşlara mənbəyi bəlli olmayan borc yazır. Bu hal barədə quruma müraciət edəndə isə qətiyyən araşdırılmır…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə