Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabiq icra başçısının qardaşı qalmaqallı obyekti 2 milyona satır – YENİLƏNİB
Sabiq icra başçısının qardaşı qalmaqallı obyekti 2 milyona satır – YENİLƏNİB
15 Mart 2016 / 15:10 / Baxış sayı: 1464
Font1 Font2 Font3 Font4

İşdən çıxarılan Mahmud Quliyevin qardaşından polisə şikayət edilib

Bakıda sabiq icra başçısının qardaşı ilə bağlı başlanmış cinayət işi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hüquq-mühafizə orqanlarına müraciət edən Cəbrayıl rayon sakini, 1955-ci il təvəllüdlü Saleh Əliyev özünə məxsus olan və Xətai rayonu ərazisində yerləşən şadlıq sarayını Cəbrayıl rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qardaşı Nayfalı Səfərova 1 milyon 400 min manata satdığını qeyd edib.

S.Əliyev bildirib ki, təxminən 400 min manatı nağd şəkildə almağa, yerdə qalan 1 milyon manatı isə paytaxtın qəsəbələrindən birində yerləşən daşınmaz əmlakla barter etməyə razılaşıblar: “Lakin sonradan məlum oldu ki, mənə verilən daşınmaz əmlakın dəyəri heç 400 min manat etmir. Əmlakı mənə real qiymətindən yuxarı təqdim edib. Amma mən onla söhbət edəndə demişdim ki, birdən aldanaram, yaxşı olmaz. O isə cibindən yazılı siyahı çıxarıb göstərdi ki, 10 milyon alacağım var, səni niyə aldadım ki. Həm də obyekti satanda danışmışdıq ki, mən özüm orada qalıb işlədəcəm”.

S.Əliyev əlavə edib ki, daşınmaz əmlakın real dəyərindən təxminən 2 dəfə ucuz olduğunu müəyyənləşdirəndən sonra N.Səfərovla görüşüb: “Həmin vaxt dedi ki, əgər əmlakı geri qaytarırsansa onda obyekti şərik işlədək. Amma üstündən bir il keçdi, obyekti də təmirə saxlayıb. İndi isə görürəm ki, həmin şadlıq sarayını 2 milyon manata satışa qoyub”.

Müraciət əsasında başlanmış cinayət işinin istintaqı davam etdirilir. Qeyd edək ki, soyadları fərqli olsa da, N.Səfərov Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevin doğma qardaşıdır.

***
14 mart

Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qardaşıdır. Lent.az xəbər verir ki, bu barədə “Report”a M.Quliyevin yaxınlarından biri məlumat verib.

Məlumata görə, Cəbrayıl rayon sakini 61 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.

Məlumata görə, Mahmud Quliyevlə Hümbət Səfərov doğma qardaş olsalar da, soyadları fərqlidir. M.Quliyev açıqlamasında qardaşı ilə bağlı şikayətdən xəbərsiz olduğunu deyib: “Hazırda xarici ölkələrdən birində istirahətdəyəm”. S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.

Lent.az-ın əldə etdiyi məlumata görə, müraciət əsasında Xətai rayon Prokurorluğunda cinayət işi açılıb və işin istintaqı Xətai rayon Polis İdarəsinə tapşırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 3-də imzaladığı sərəncamla Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Akif İsmayıl Səlimov isə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə