Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hacıbala Abutalıbov parkomatların qarşısından da pul qazanır- FOTO 
Hacıbala Abutalıbov parkomatların qarşısından da pul qazanır- FOTO 
15 Mart 2016 / 15:53 / Baxış sayı: 1114
Font1 Font2 Font3 Font4

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) səlahiyyətləri azaldılır. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, yaxın zamanda Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınacaq: “Bu funksiyaya nəzarət yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunacaq.

Bundan əlavə elektron idarəetmə, paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı pərakəndəliyi aradan qaldırmaq onlara tapşırılacaq və parkomat nəzarətçilərini də o qurum idarə edəcək. Hazırda həmin qurumun əsasnaməsi formalaşdırılır. Əsasnaməyə görə, Bakıda olan sərnişin nəqliyyatının bütövlükdə idarəolunması o quruma verilir”.

Əslində belə bir qərarın verilməsi məqsədəuyğundur. Çünki Hacıbala Abutalıbovun nəzarətində olan parkomatların nəzarətsiz qalmaqla yanaşı biznes obyektinə çevirilib. Yer azmış kimi, parkomatların qarşısını da “toçka” kimi icarəyə veriblər. Bu şəkil, 8 km bazarının qarşısında olan park etmə məkanından çəkilib. Göründüyü kimi, al-ver etmək üçün icarəyə verilən yer düz parkomatın qarşısını kəsib. Qəbz götürmək belə mümkünsüzdür. 1 metr yerdən gün ərzində 20 manat icarə haqqı alınır. Bazar rəhbərliyi bu yeri icarəyə verə bilər. Amma parkomatlara nəzarət edən şəxslər bəs niyə susur? 

Bir sözlə, Hacıbala Abutalıbovun nəzarətində olan parkomatların əksəriyyətində vəziyyət belədir. Qaldı ki, bu sistemin meriyadan alınıb Bakı Nəqliyyat Agentliyinə həvalə olunmasından sonra problemin düzəılməsinə, bax buna da inanmaq çətindir. Təki elə olsun…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə