Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Millət vəkili Hacıbala Abutalıbovu tənqid etdi
Millət vəkili Hacıbala Abutalıbovu tənqid etdi
15 Mart 2016 / 17:14 / Baxış sayı: 1186
Font1 Font2 Font3 Font4

“Kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək mümkündür?”

Milli Məclisdə bəzi məmurların fəaliyyəti kəskin tənqid olunub.  Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli çıxış edərək deyib ki, məmurlar ictimaiyyətə açıq olmalıdır:

“Milli Məclis xalqın ümid qapısıdır. Milli Məclisdə ciddi qəbul rejimi var. Deputatlar axırıncı şikayətçini yola salmadan işdən getmir. Gəldilər, dinlədik, qulaq asdıq, sonra nə edək? Şikayətlərin ünvanlara çatdırılması üçün məmurların telefonları, qapıları, özləri bizə açıq olmalıdır. Qapılar var, taybatay açıqdır. Kim deyə bilər ki, baş nazir Artur Rasi-zadə ilə problemləri həll etmək mümkün deyil? Artur Rasi-zadə məmur əxlaqı məktəbinin banisidir. Kim deyə bilər ki, daxili işlər naziri ilə problemi həll etmək çətindir? Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək mümkündür? Kim desə, o, Ginnesin rekordlar kitabına düşməlidir. Hacıbala Abutalıbovun qəbuluna düşmək mümkün deyil”.

F. İbrahimli bildirib ki, deputatların iki yolu var: “Birinci, bununla razılaşıb, poetik dildə desək, ümidi üzüb Kərəmin gününə düşmək. Digər yol isə prezident İlham Əliyevin qeyd etdiyi kimi, “məmur xalqın xidmətçisidir” prinsipinə sadiq qalaraq uğurları gözdən salan, ortada yeyib qıraqda gəzənlərə sipər olmaqdır. Bu, həqiqətin yoludur,  zamanın bizə diktə etdiyi yoldur”.

Millət vəkili Fəzail İbrahimli bir müddət əvvəl də bildirmişdi ki,  gündəlikdə olan hansısa problemlərlə bağlı və ya çətinliyə düşən bəzi vətəndaşların məsələləri ilə əlaqədar dövlət məmurları, nazirlər, komitə sədrləri ilə əlaqə saxlamaq müşkülə çevrilib. Telefon zənglərinə biganə yanaşan bu məmurlar saymazlıq edərək telefona ya cavab vermir, ya da telefonlarını hansısa kənar şəxslər götürür:

“Biz millətin xidmətçisiyik. Deputatların arxasında 40 min seçici, onların da 40 min dərdi olur. Biz təkbaşına bu problemləri həll edə bilmərik. Mən elçiyəm, xalqla dövlət arasında elçiyəm. Amma zəng edirsən hansısa məmura, ya nazirə, özü də şəxsi deyil, şəhər deyil, dövlət telefonuna zəng edirsən, amma cavab verən yoxdur. Ya da kişi səsi “nazir iclasdadır” deyir. Başa düşmək olmur gün ərzində nazir nə qədər iclasda ola bilər?” – deyə Fəzail İbrahimli qeyd etmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə