Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan sərhədində nurçu əməliyyatı, saxlanılanlar var
Azərbaycan sərhədində nurçu əməliyyatı, saxlanılanlar var
15 Mart 2016 / 18:36 / Baxış sayı: 1342
Font1 Font2 Font3 Font4

Azərbaycan sərhədində nurçu əməliyyatı, saxlanılanlar var

Tutulanlar arasında “nurçu”ların Rusiyadakı lideri də var. Dağıstanda “nurçu”lara qarşı xüsusi əməliyyat keçirilib. Bu əməliyyatlar eyni vaxtda ölkənin üç şəhərində həyata keçirilib. Güc strukturlarının apardığı əməliyyatlar nəticəsində dini qruplaşmanın 14 üzvü saxlanılıb.

Respublikanın güc strukturlarından mətbuata sızdırılan məlumata görə, xüsusi əməliyyat zamanı saxlanılanlar arasında “nurçu”ların Rusiyadakı lideri, daha əvvəl ekstremist dini fəaliyyət göstərdiyi üçün şərti cəza almış Ziyavdin Dapayev də var.

Mənbənin sözlərinə görə, əməliyyatlar üç şəhərdə – Mahaçqala, İzberbaşXasavyurtda keçirilib. Saxlanılan şəxslərdən 400 nüsxə qadağan edilmiş dini ədəbiyyat, bir neçə noutbuk, mobil telefonlar, yaddaş kartları və içərisində ekstremist materiallar olan kompakt disklər götürülüb.

Risaleyi-nur - qadağan edilmiş ədəbiyyat

Risaleyi-nur – qadağan edilmiş ədəbiyyat

Bir müddət əvvəl də Bakıda “nurçu”lara qarşıböyük əməliyyat keçirilib. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Bakıda nurçuların kütləvi həbsi

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması), 5 nəfər isə barələrində 299.0.2-ci (299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına) maddələri ilə protokol tərtib edilərək buraxılıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə