Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şahin Müstafayev qiymət artımına nəzarət edə bilmir…
Şahin Müstafayev qiymət artımına nəzarət edə bilmir…
16 Mart 2016 / 10:51 / Baxış sayı: 364
Font1 Font2 Font3 Font4

Ölkədə bir ildə baş verən iki devalvasiyadan sonra iqtisadi durumun daha da çətinləşməsini önləmək üçün süni qiymət artımının qarşının almaq əsas vəzifələrdən birinə çevirilib. Bununla bağlı dəfələrlə dövlət başçısının tapşırıqlarının olmasına baxmayaraq görünən odur ki, əlaqədar qurumların rəhbərləri tapşırıqların icrası yox, vəziyyətin daha da ağırlaşması maraqlandırır.

Əgər belə olmasaydı ölkə rəhbərliyinin tapşırıqlarını vaxtında icra edib baş verə biləcək narazılıqların qarşısını əvvəlcədən almağı düşünərdilər. Bu sırada fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə diqqət çəkənlər sırasında iqtisadiyyat naziri Şahin Mustafayev xüsusi yer tutur.

Dəfələrlə prezident yanında keçirilən iclaslarda süni qiymət artımının baş verməsini önləmək üçün tapşırıqların verilməsinə rəğmən nazir Şahin Mustafayev ona tapşırılan bu vəzifənin öhdəsindən gələ bilmir. Daha dəqiq desək, bunu etmək marağında deyil və məhz bu maraqsızlıq, yaxud da öz şəxsi maraqları çərçivəsində hərəkət edərək ölkə başçısının tapşırıqlarını qulaqardına vurur.

Nazirlik rəsmilərinin anitinhisar tədbirləri barədə söylədikləri isə ancaq müvafiq şöbənin heç nəyin dəyişməsinə səbəb olmayan hesabatlarından başqa bir şey deyil. Görünən odur ki, nazirliyin antiinhisar şöbəsi özü də inhisardadır və üzərinə düşən vəzifələrin icrasından daha çox inhisarçıların mövqeyini müdafiə etməklə məşğuldur.

Hər halda dekabrın 21-dən, devalvasiya qərarından sonra ölkədə baş qaldıran qiymət artımına qarşı “mübarizə tədbirləri” heç bir nəticə vermir. Əslində hansısa mübarizə tədbirlərinin həyata keçirildiyini də söyləmək olmaz.

İnhisarçılar Azərbaycan kimi sərfəli bazarı hansısa bir-iki xırda cəza tədbiri ilə tərk etmək niyyətində deyil və onlara şərait yaradan dövlət qurumlarının səxavətindən qarılıq müqabilində gen-bol istifadə edirlər. Nəticə isə göz önündədir. İnhisar artır, qiymətlər bir daha ucuzlaşmamaq şərtilə bahalaşır, bu isə təbii ki, əhali arasında haqlı narazılaqlara səbəb olur.

Əhalinin narazı kəsiminin artmasına rəvac verən fəaliyyətsilik isə çox güman ki, buna şərait yaradanlar üçün də xoş gələcək vəd etmir. Belə bir zamanda getdikcə ağırlaşan iqtisadi durum fonunda vəzifəsi ilə vidalaşacaq nazirlərədn birinin də məhz Şahn Mustafayev olacağı gözləniləndir.

Dövlət başçısının dəfələrlə verdiyi tapşırıqların icrasına doğru heç bir addım atmayaraq əhalini daha da narazı salacaq fəaliyyətsizlik nümayiş etdirmək Şahin Mustafayevin öz kreslosu ilə vidalaşmasına səbəb ola bilər.

Məlumatlara görə, artıq yola salınacaq nazirlər siyahısına Şahin Mustafayevin də adı salınıb. Xüsusilə son 2 aydakı antiinhisar tədbirləri və süni qiymət artımına qarşı mübarizədə nəticəsizlik nazirin göndərilməsini şərtləndirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə