Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

«UniBank» müştərilərini intihar həddinə çatdırır
«UniBank» müştərilərini intihar həddinə çatdırır
16 Mart 2016 / 11:10 / Baxış sayı: 2060
Font1 Font2 Font3 Font4

Ülviyyə və Azad adlı kredit götürmüş şəxslər borclarını bağlaya bilməlikləri üçün özlərini yandıracaqlar

Son günlər banklarla müştəriləri arasında yaşanan kredit böhranı artıq dövlət başçısının müzakirəsinə çıxarılmaq üzrədir. Ölkənin tanınmış iqtisadçıları prezident İlham Əliyevə müraciət edərək, ondan problemli kredtlərlə bağlı addımlar atılması, habelə faktiki kredit borcu böhranının aradan qaldırılması üçün bəzi qərarlar verməsini xahiş ediblər.

Lakin bu müzakirəyə qədər ölkədə dramatik vəziyyət davam edir. Ard-arda kredit borclarına görə intihar olayları yaşanır. Artıq bir neçə nəfər «Unibank»a olan borca görə bu addımı atdıqlarını dilə gətiriblər. Prosesin davam edəcəyi də şübhə doğurmur. Ona görə ki, hazırda ölkədə milyondan artıq kredit borcu olan şəxs var. Və onların böyük əksəriyyəti devalivasiyadan sonra ödəməkdən imtina edirlər.

Bu əsnada JAM.AZ-a iki oxucu müraciət edərək, intihar edəcəkləri barədə xəbərdarlıq ediblər. Onlardan biri Ülviyyə adlı bir xanımdır. O yazıb ki, intihar edənlərdən biri də o olacaq. «Çox güman ki, intihar edənlərdən biri mən olacam. Çünki «Unibank» məni intihara sürükləyir. Dəfələrlə banka məktub yazıb xahiş etmişəm ki, dollarla olan kreditimi manata çevirsinlər. Amma daş dillənir, onlar yox. Belə baxıram, deyəsən, elə mən də hamıdan tez bu dünyadan gedəcəm».

Azad adlı bir digər oxucumuz isə bildirir ki, «Unibank»ın əlindən intihar həddinə qədər gəlib. O qeyd edir ki, 5000 dollar kredit götürüb, lakin ona məcburən manatla ödəyiblər. «Kredit aldıqdan 25 gün sonra birinci devalivasiya oldu. İkinci devalivasiyadan sonra isə işimi də itirdim. Artıq 8 aydır işsizəm. Bankdan da hər gün zəng edib hədələyirlər. Belə davam edərsə, intihardan başqa çıxış yolum qalmayacaq».

arxiv.bizimxeber.az



«UniBank» müştərilərini intihar həddinə çatdırır yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə