Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Əzizov Badamdarda yeni abad məhəllə yaratdı – FOTOLAR
Eldar Əzizov Badamdarda yeni abad məhəllə yaratdı – FOTOLAR
16 Mart 2016 / 11:42 / Baxış sayı: 1378
Font1 Font2 Font3 Font4

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən Səbail rayonun sürətlə inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən 2000 nəfərə yaxın sakinin yaşadığı 6 çoxmənzilli yaşayış binalacının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri başa çatmışdır.

Məhəllədə yaşayanların RİH-nə müraciəti nəzərə alınaraq həyətdə binaların fasadı təmir olunaraq üzlənmiş, eyvanlar yenidən qurulmuş, binanın blok qapıları dəyişdirilmiş, binaların giriş hissəsi təmir olunmuş, pilləkənlər yenidən qurularaq bura aqlay dönəşmişdir.

Məhəllənin səkilərinə yeni bordyur daşları düzülmüş, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılmış, həyət boyunca yeni oturacaqlar qoyulmuşdur. Məhəllədə əsaslı təmizlik işləri aparılmış, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülmüş, burada işıqlandırma məsələləri həll olunmuş, məhəllə və ətraf ərazilərə yeni asfatl örtüyü çəkilmişdir.

Uşaqlar üçün bir neçə əyləncə qurğuları quraşdırılmış, süni örtüklü mini stadion tikilmiş, müxtəlif idman qurğuları və böyük şahmat lövhəsi quraşdırılmışdır.

Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar burada rayon rəhbərliyi, təsərrüfat xidmətləri, qəsəbə ağsaqqalları, ictimaiyyəti nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilmişdir. Səbail Rayon İcarı Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirdə iştirak edən digər rəsmi şəxsilər həyətdə yaradılan şəraitlə tanış olmuşlar.

Həyətə toplaşan sakinləri və qonaqları ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edən Eldar Əzizov bildirmişdir ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir. Rayon rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərləri sakinlərin istək və arzularını dinləmiş, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Məhəllədə keçirilən şənlikdə Badamdar qəsəbəsində fəaliyyət göstərən «Konferon» MMC tərəfindən xüsusi olaraq təqdim olunmuş Badamdarda ən böyük paxlava kəsilərək sakinlərə və qonaqlara paylanmışdır. Sakinlər və qonaqlar onlar üçün hazırlanmış çay süfrəsi ətrafına toplaşmışlar.

Məhəllədəki şənlik gün ərzində davam etmiş, bayram tonqalı yandırılmış, incəsənət xadimləri və Badamdar Mədəniyyət evinin özfəaliyyət kollektivi, kosa, keçəl və Bahar qızı, qəsəbə orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları ilə şənliyi daha rəngarəng etmişlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə