Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mahmudov iş adamını Fərhad Əliyevlə şantaj edərək sodurub
Mahmudov iş adamını Fərhad Əliyevlə şantaj edərək sodurub
16 Mart 2016 / 14:30 / Baxış sayı: 1474
Font1 Font2 Font3 Font4

Ləvğ edilən Mili Təhlükəsizlik Nazirliyinin (MTN)-in əməkdaşlarının daha bir iş adamına qarşı törətdikləri cinayət faktı ilə bağlı məlumat ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, MTN əməkdaşları tərəfindən təhdidə məruz qalan və əmlakı qəsb olunan iş adamı ölkə başçısına müraciət edib.

2000-ci ildən Rusiyada ticarətlə məşğul olan Seyhun Mustafayev Azərbaycana qayıdandan sonra MTN əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb. Belə ki, adıçəkilən qurum iş adamının  milyonlarla dəyəri olan obyektləri hədə-qorxu yolu ilə ələ keçiriliblər.

S.Mustafayev əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsindəki 4 saylı anbarlar sahəsində müdir işləyib. Sonradan müəssisənin özəlləşdirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Həmin müəssisəni öz vəsaiti hesabına özəlləşdirib və xüsusi mülkiyyətində olan bu ərazini “Manor” MMC-nin adına rəsmiləşdirib. Ərazidə Kəlbəcər rayonundan məcburi köçkün olan 12 ailəni yerləşdirib, 2007-ci ilə qədər orada abadlıq işləri aparıb, anbarlar tikərək ümumi ərazini hasarlatdırıb.

İş adamı 2007-ci ildə Gəncədən təyyarə ilə Bakıya gələn həyat yoldaşını qarşılayarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini MTN əməkdaşı kimi təqdim ediblər və Milli Təhlükəsizlik Nazirliyinə getmək lazım olduğunu bildiriblər. S.Məmmədovu saxlayan MTN əməkdaşları onu özləri ilə birlikdə nazirliyə aparıblar. MTN-də özünü şöbə rəisi kimi təqdim edən şəxs ona Binəqədidəki obyektlərinin müsadirə olunacağını bildirib. Obyektlərin nəyə görə müsadirə ediləcəyini soruşduqda isə cavab qısa olub: “Çox sual vermə, sənə cinayət işi açarıq”.

Məlum olub ki, MTN-çilər əvvəlcədən iş adamını izləyiblər, onun özü və qohumları barədə dosye toplayıblar. Bu dosyeni S.Mustafayevin nəzərinə çatdırandan sonra bu dəfə onu keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə şantaj etməyə başlayıblar. MTN-çilər S.Mustafayevə deyiblər ki, onun F.Əliyevin adamı olduğunu bilirlər. İş adamı nə F.Əliyevi, nə də onun yaxınlarını tanımadığını desə də, xeyri olmayıb. Ona Binəqədidəki ərazini guya F.Əliyevin vasitəsilə qanunsuz özəlləşdirdiyi bildirilib. Obyekti verməkdən imtina edəcəyi təqdirdə özünün və yaxın qohumlarının həbs olunacağı ilə hədələnib.

Bu təhdidlər qarşısında davam gətirməyən iş adamı MTN əməkdaşlarının  qanunsuz tələbləri ilə razılaşmalı olub.

“MTN-də özünü şöbə müdiri kimi təqdim edən həmin əməkdaş mənə bildirdi ki, ertəsi gün həyat yoldaşını və sənədlərini də götür, hazır dayan, səninlə əlaqə saxlayacaqlar. Ertəsi gün MTN əməkdaşları məni həyat yoldaşımla birlikdə Xətai metro stansiyasının yaxınlığında yerləşən, “Ərəstunun notaiusu” deyilən notariat kontoruna apardılar. Orada bizə imzalamaq üçün sənədlər təqdim etdilər, oxumadan imzaladıq, bununla da obyektimi təhvil verdim. Mənə dedilər ki, guya obyekt dövlət hesabına müsadirə olunur. Hədələdilər ki, bu haqda harasa şikayət etmək fikrinə düşməyim. Mən də qorxumdan heç kimə şikayət etmədim”-S.Mustafayev müraciətində yazır.

Şikayətçi bildirir ki, sonralar ona məxsus obyektin “Aztelekom İnşaat” şirkətinə verildiyi və Natiq adlı şəxs tərəfindən idarə olunduğunu dəqiqləşdirib.

S.Mustafayevin vəkili Adəm Məmmədov virtualaz.org saytına bildirib ki, MTN əməkdaşları hədə-qorxu yolu ilə hüquqlarını müdafiə etdiyi şəxsin bütün əmlakını əlindən alıblar. MTN əməkdaşları dəyəri milyonlarla ölçülən obyektlərini məcburi şəkildə tanımadıqları adamın adına keçirmək üçün hüququnu müdafiə etdiyim şəxsi və həyat yoldaşını silahlı dəstənin müşahidəsi altında notariat orqanına gətiriblər: “Seyhun və həyat yoldaşı oxumadıqları sənədlərə imza atmaq məcburiyyətində qalıblar. Bundan sonra bütün obyektləri müsadirə olunub. Seyhunu isə hədələyiblər ki, bu barədə heç yana şikayət etməsin”.

S.Mustafayev keçmiş MTN əməkdaşlarının qanunsuz hərəkətləri barədə eşitdikdən və onların bir qisminin həbs olunduğunu öyrəndikdən sonra haqq səsini indi çıxara biləcəyini deyib. Əmlakı qəsb olunan iş adamı deyir ki, aerportda onu saxlayan MTN əməkdaşlarını və nazirlikdə onu dindirən şöbə müdirini görsə üzdən tanıya bilər. Ancaq onların adlarını bilmir.

Vəkil müdafiə etdiyi şəxsin göstərdiyi faktla bağlı Baş Prokurorluğun yanında Ağır Cinayətlərə dair İstintaq idarəsini çağırıldığını və bu həftə ərzində dindiriləcəyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə