Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı azərbaycanlı saxlanıldı
Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı azərbaycanlı saxlanıldı
16 Mart 2016 / 15:12 / Baxış sayı: 1054
Font1 Font2 Font3 Font4

Həmyerlimiz Rusiya vətəndaşlığı alıb. Ötən gün Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı saxlanılan 14 nəfərdən birinin  azərbaycanlı olduğu müəyyən olunub. Rusiyada qadağa olunan “Nurçular” dini qrupun 14 üzvündən yalnız 2 saxlanılıb.  Azərbaycanılın həbs olunması haqda məlumat yoxdur. Məlumata görə o Rusiya vətəndaşlığı alıb.

Dağıstan Respublikanın güc strukturlarından mətbuata sızdırılan məlumata görə, xüsusi əməliyyat zamanı saxlanılanlar arasında “nurçu”ların Rusiyadakı lideri, daha əvvəl ekstremist dini fəaliyyət göstərdiyi üçün şərti cəza almış Ziyavdin Dapayev də var.

Mənbənin sözlərinə görə, əməliyyatlar üç şəhərdə – Mahaçqala, İzberbaş Xasavyurtda keçirilib. Saxlanılan şəxslərdən 400 nüsxə qadağan edilmiş dini ədəbiyyat, bir neçə noutbuk, mobil telefonlar, yaddaş kartları və içərisində ekstremist materiallar olan kompakt disklər götürülüb.

Risaleyi-nur-Qadağan edilmiş ədəbiyyat

Bir müddət əvvəl də Bakıda “nurçu”lara qarşı böyük əməliyyat keçirilib. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması), 5 nəfər isə barələrində 299.0.2-ci (299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına) maddələri ilə protokol tərtib edilərək buraxılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə