Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ölümünə döyülən qadın nazirə yazdı: “Elə şeylər var ki…” – FOTO
Ölümünə döyülən qadın nazirə yazdı: “Elə şeylər var ki…” – FOTO
16 Mart 2016 / 15:22 / Baxış sayı: 1342
Font1 Font2 Font3 Font4

Şirvanda yaşayan Həqiqət Quliyeva Nüsrət qızı paytaxtda fiziki zorkılığa məruz qalıb. 

Bu barədə Həqiqət Quliyeva Arqument.Az-ın elektron ünvanına yazıb. Əslən Ağdərə rayonundan olan H.Quliyevanın sözlərinə görə, həyatına qəsd olub: “Günün günorta çağında Bakının ortasında döyülmüşəm, ciddi xəsarət almışam. Yarımcan adamam, əməliyyatdan yeni çıxmışam. Ən ağır dərəcəli xəsarətlər almışam. Ölümümə döyülməyim barədə şikayət etmişəm. Lakin şikayətimə baxan yoxdur”.

H.Quliyeva daxili işlər naziri Ramil Usubova müraciət edib: “Məni döyənlərin Bakı şəhər Baş Polis İdarəsində bir generalla dostluğu var. Həmin general cinayət törədənlər barəsində cinayət işi açılmasına mane olur. 11 dəfə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmişəm, bu günə kimi cavab verən yoxdur.

Ona görə daxili işlər naziri Ramil Usubova müraciət edərək səslənirəm: xahiş edirəm məni şəxsən özünüz qəbul edin və başıma gələn hadisəni detalları ilə sizə danışım. Bu hadisədə elə məqamlar var ki, mətbuat vasitəsi ilə diqqətinizə çatdıra bilmirəm. Xahiş edirəm özünüz məni qəbul edin”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə