Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

151 saylı bağçadakı işgəncə faktını Binəqədi prokurorluğu araşdırır… YENİLƏNİB
151 saylı bağçadakı işgəncə faktını Binəqədi prokurorluğu araşdırır… YENİLƏNİB
18 Mart 2016 / 18:33 / Baxış sayı: 1612
Font1 Font2 Font3 Font4
İki gün əvvəl Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasının müdiri Venera Xəlilovanın 4 yaşlı uşaqdan qisas alması ilə bağlı məlumat yayılmışdı. Uşağın yayılan fotolarında işgəncə faktı  aşkar görünürdü ki, bu da əsl araşdırmalı bir hadisədir.
Bu saatlarda arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, yayılan faktlar və şəkillərdən sonra bərk narahat olan  151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova problemi hüquq-mühafizə orqanlarından yayındırmağa çalışsa da, istəyinə nail ola bilməyib. Redaksiyaya daxil olan məlumata görə, artıq Binəqədi prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. Valideynlər və 151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova dindirilib.
Dəqiq təfərrüatlarla bağlı məlumat verəcəyik… Ehtimal ki, 151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova işində yol verdiyi nöqsanlara görə, vəzifəsini itirəcək…
***
Bağça müdiri 4 yaşlı körpədən valideyninin qisasını alır
Binəqədi rayonu ərazisində yerləşən 151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova dövlət bağçasını şəxsi gəlir obyektinə çevirərək, valideynlərdən aylıq ödəniş tələb edir. Paytaxtın Binəqədi rayonunun ərazisində yerləşən 151 saylı körpələr evi-uşaq bağçasının müdiri Xəlilova Venera Zülfüqar qızının işindəki əyinti halları və qanunlara məhəl qoymaması barədə sensasion məlumatlar daxil olmaqda davam edir.
Hətta şikayət ərizəsi ilə saytımıza müraciət edən valideyn, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Alay Kunanbayev küçəsi 7/19 mənzil 114-də yaşayan Qurbanova Samirə Tofiq qızı bir sıra maraqlı məqamları açıqlamışdı. Şikayətçi bildirmişdi ki, 2015-ci ilin may ayında oğlu Əli Hüseynzadəni 151 saylı körpələr evi-uşaq bağçasına qeydiyyat etdirmək istəyib: «Bu məqsədlə bağçanın müdiri Venera xanıma müraciət etdim. Mənə bildirdilər ki, bunun üçün 500 manat ödəməliyəm.
Üstəlik, uşaq bağçaya qəbul ediləndən sonra hər ay 100 manat verməli idim. Bağça müdirinin bu şərtləri ilə razılaşdım. 500 manat verib oğlumu bu bağçaya qəbul etdirdim. Həmin tarixdən, yəni 2015-ci ilin may ayından dekabr ayına kimi bağçaya hər ay 100 manat ödədim. Sonuncu aylar maddi problemlərim olduğu üçün bağçanın aylığını verə bilmədim. Maraqlandım ki, sən demə bağça ödənişsiz imiş, yəni dövlətdən maliyyələşirmiş. Oğlum bir neçə gün müəyyən səbəblərə görə bağçaya gedə bilmədi. Mənə zəng elədilər ki, uşağın nəyə görə bağçaya gələ bilmədiyi haqda arayış al gətir, əks təqdirdə uşaq bağçadan xaric ediləcək. Sonradan mənə bəlli oldu ki, əslində arayış bəhanədir, aylığı vermədiyim üçün uşağı bağçadan çıxarıb yerinə başqasını götürmək istəyirlər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinə müraciət etmişəm. Bağça ödənişssiz olduğu halda, 6 ay hər ay məndən 100 manat alıblar.
Bundan əlavə, 500 manat ödəmişəm. Sizin vasitənizlə ölkə rəhbərliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin müəllimə və aidiyyəti dövlət qurumlarına müraciət edib kömək istəyirəm. İndiyə qədər ödədiyim pulları geri qaytarsınlar. Əks halda, haqqımı ən ali instansiyalar səviyyəsində tələb edəcəm». Şikayəti araşdırmaq üçün 151 saylı körpələr evi-uşaq bağçası ilə əlaqə saxlaıq. Zəngimizə cavab verən Gülya adlı xanım Venera Xəlilovanın məzuniyyətdə olduğunu və bir həftədən sonra işə çıxacağını bildirdi. Bu arada, əldə etdiyimiz məlumatlara görə, Venera Xəlilova özünü hər yerdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu kimi təqdim edir.
Qeyd edək ki, həmin vaxt yazı sayta yerləşdiriləndən sonra özünü 151 saylı körpələr evi-uşaq bağçasının müdiri Venera Xəlilovanın həyat yoldaşı kimi təqdim edəm Yusif adlı şəxs jurnalistləri hədələyərək «bu yazını yazanı doğrayacam» deyə bildirmişdi.
Həmin vaxt valideyn Samirə Qurbanova yenidən redaksiyamızla əlaqə saxlayaraq bağça müdiri tərəfindən təhqir və təhdid olunduğunu bildirmişdi: «Venera xanım bu gün mənə zəng vurdu ki, bağçaya gəl. Mənim də vaxtım olmadığı üçün gedə bilmədim. Dedi ki, sən bağçaya gəlməlisən, müəllimlərlə söhbət etməlisən. Anlaşmazlıq olubsa, aradan qaldırarıq. Amma mən bağçaya gəlməyəcəyimi söylədim. Elə bu vaxt müdir səsinin tonunu qaldırdı və dedi ki, sən şantajla məşğulsan. Yazıda kimlərinsə adını çəkmisən, şəkil vermisən. Məni prokurorluğa, məhkəməyə verəcəyi ilə hədələdi. Bağça müdiri mənim ünvanıma olmazın ifadələr işlətdi. Hüquqları pozulan tərəf mənəm. Nə məhkəmədən, nə prokurorluqdan qorxuram. Vətəndaş, valideyn kimi haqqımı tələb edirəm. Bu mübarizəmi də sona qədər davam etdirəcəm. Xahiş edirəm ki, səsimi yuxarı instansiyaları çatdırasınız. Venera Xəlilovanın barəsində dərhal tədbir görülməlidir».
Artıq məsələdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, bağça müdiri Venera Xəlilova valideynlə arasında yaşanmış mübahisəni unutmayıb və belə başa düşülür ki, unutmaq fikrində deyil. Əgər elə olmasaydı bu gün Xalqxeber.Az-ın redaksiyasına valideyn Samirə Qurbanovanın övladına bağçada biganə yanaşıldığının və bir sözlə körpədən qəsdən valideyninin qisasının aldındığı faktını ortaya qoyan foto daxil olmazdı. Valideynlə prinsip aparan bağça rəhbərliyi acıqlarını 4 yaşlı körpədən çıxırlar. Gün ərzində balaca körpənin “pampersini” dəyişməyərək uşağı sizlərə təqdim etdiyimiz hala salıblar. Valideyn bu barədə aidiyyatı qurumlara məlumat verəcəyini bildirdikdə bağça müdiri Venera Xəlilova get kimə deyirsən de kəlimələrini işlədərək, valideyni hədələməyə başlayıb. Valideyn Xalqxeber.Az redaksiyası vasitəsi ilə ölkə başçısına səslənərək bildirir ki, bu məsələyə xüsusi diqqət ayırsın və övladının həyatının təhlükə olduğunu nəzərə alaraq müqəssirləri layiqli cəzalandırsın.

Xalqxeber.Az

Bağça müdiri 4 yaşlı körpədən valideyninin qisasını alır



151 saylı bağçadakı işgəncə faktını Binəqədi prokurorluğu araşdırır… YENİLƏNİB yazısına 4 şərh yazıldı




Yuxarı Geri Ana səhifə