Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhəmməd Əsədovun oğlu Səbail rayonuna prokuror təyin olundu
Məhəmməd Əsədovun oğlu Səbail rayonuna prokuror təyin olundu
16 Mart 2016 / 16:09 / Baxış sayı: 1424
Font1 Font2 Font3 Font4

Bakının iki rayonuna yeni prokuror təyin edilib. Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Lənbəranski tutduğu vəzifədən azad edilərək Pirallahı rayon prokuroru, Səbail rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Natiq Əsədov isə Səbail rayon prokuroru vəzifəsinə təyin ediliblər.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ildə Pirallahı rayonunun, 2013-cü ildə isə Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Pirallahı rayon prokuroru təyin olunmuş İ. Ləmbəranski Azərbaycanda başlanmış bir sıra səs-küylü cinayət işlərinin istintaqını aparıb. Səbail rayon prokuroru vəzifəsinə təyinat alan N. Əsədov isə 1991-ci ildə Qarakənd faciəsi zamanı həlak olan Azərbaycanın sabiq daxili işlər naziri Məhəmməd Əsədovun oğludur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə