Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zərdabda bankomat problemi – Pensiyaçılar bankomatın qarşısında gecələyir
Zərdabda bankomat problemi – Pensiyaçılar bankomatın qarşısında gecələyir
16 Mart 2016 / 16:24 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4
Zərdab rayonunda pensiyaların verilməsində bir sıra problemlər yaşanır. Avropa.info-nun redaksiyasına daxil olan məlumatda bildirilir ki, artıq iki gündür pensiyaların hesaba küçürülməsinə baxmayaraq vətəndaşlar öz pullarını bankomatdan çıxarmaqda çətinlik çəkirlər. 

Rayon sakinlərinin pensiyalarını almasında yaranan problem isə rayon ərazisində yerləşən 3 bankomatdan sadəcə birinin işləməsi ilə bağlıdır. Kapital bankın rayon ərazisində yerləşən bankomatları uzun zamandır işləmədiyi və yaranmış problemlə maraqlanan olmadığı üçün sakinlər pensiyalarını bəzən bezərək başqa banklara aid bankomatlardan çıxarmalı olurlar. Bu zaman da təbii ki, pensiyanın bir hissəsi həmin bankomat tərəfindən tutulur. 
Qocalar, yaşlı  qadınlar və xəstələr gecə saat 1-ə qədər işləyən yeganə bankomatın qarşısında növbə tutmalı olur. Məsələni ağırlaşdıran bir başqa nüans də ondan ibarətdir ki, rayon ərazisində işləyən yeganə bankomat təkcə rayon əhalisinə deyil, həm də kəndlərdən gələn pensiyaçılara xidmət etməli olur.
Rayonun pensiyaçıları səbirsizliklə məsələ ilə bağlı aidiyyatı qurumların bir tədbir görməsini gözləyirlər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə