Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Startapımız “Seedstars World” müsabiqəsinin finalında… – FOTOLAR
Startapımız “Seedstars World” müsabiqəsinin finalında… – FOTOLAR
16 Mart 2016 / 17:52 / Baxış sayı: 920
Font1 Font2 Font3 Font4

Azercell Telekom MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə azərbaycanlı startap keçən il ölkədə keçirilən seçmə turunun qalibi olaraq İsveçrənin Lozanna şəhərində keçirilən “Seedstars World” müsabiqəsində iştirak edib. 60 startapın qatıldığı müsabiqədə 12 nəfər final üçün seçilərək 500.000 dollar qazanmaq uğrunda yarışıblar.

Yarışmanın qalibləri müxtəlif kateqoriyalar üzrə Cənubi Afrika, Avstraliya və Mərakeşi təmsil edən startapçılar elan edilsə də, ölkəmizi təmsil edən startap layihəsi böyük marağa səbəb olub. Azərbaycan müsabiqəyə “Dronee” layihəsi ilə qatılıb. Bu layihə özündə “Hardware” platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun “hardware” (daşınan çoxsahəli kamera, hava sensoru, termal kamera, 4G modem və s.) və əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər.

Məlumat üçün bildirək ki, “Seedstars World” inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

Ötən il “Seedstars World” 36 ölkəni əhatə edirdisə, artıq bu il iştirakçı ölkələrin sayı 60-a çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər. “MEST”, “Google for Entrepreneurs” və “Microsoft” kimi tərəfdaşları olan “Seedstars World” yenilikçi startaplara platforma təqdim etməklə yanaşı, həm də regional biznesi dəstəkləyir.

Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin “Seedstars” şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov “Seedstars World” səfiri olaraq Azərbaycanda rəqəmsal ekosistemin inkişafı prosesində dünya ilə inteqrasiyanın çox önəmli olduğunu vurğulayıb. O, tədbirdə iştirakından təəssüratlarını bölüşərkən bildirib ki, Azərbaycanda olan gəclərin innovativ və biznes potensialının yüksək olduğunu nəzər alaraq, startaplara münbit şərait yaratmaqla onların bizim ölkə iqtisadiyyatımızdakı rolunu artırmağımız çox məntiqli bir addımdır. Hal-hazırda dünyada innovativ beyinlər və biznes ideyalar uğrunda ölkələr arasında gərgin mübarizə gedir və biz də bu mübarizənin parçası olmaqla həm innovasiyaların tətbiqi, həm də dünya səviyyəli investorları ölkəmizə investisiya qoymağa təşviq edək üçün daha da çox çalışmalıyıq. “Ölkələr arasındakı növbəti dövrün rəqabəti artıq elm və innovasiya üzərində olacaq”, deyə İmran Bağırov əlavə edib.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə