Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mətbuat Şurası bəzi saytlarla tövsiyə verib
Mətbuat Şurası bəzi saytlarla tövsiyə verib
16 Mart 2016 / 18:27 / Baxış sayı: 1006
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ-ın mətbuat xidmətindən daxil olan məlumata görə, MŞ sədrinin müavini, Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya gündəliyə 5 məsələnin salınmasını məqbul hesab edib.

Öncə Yasamal Rayon İcra Hakimiyyətinin “Qaynar.info” saytında bu qurumla bağlı gedən yazılarla əlaqədar müraciətinə baxılıb. Komissiya məsələnin mahiyyətində ictimaiyyətin daha dolğun məlumatlandırılması üçün bəzi məqamlara aydınlıq gətirilməsini vacib hesab edərək Mətbuat Şurasının və hər iki qurumun təmsilçilərindən ibarət komissiya yaradılmasını məntiqi sayıb.

Daha sonra komissiya iclasda “Reportyor.org” və “Aktualxeber.info” saytlarının fəaliyyətlərində “reket jurnalistika”ya xas cəhətlərin özünü qabarıq büruzə verdiyi qənaətinə gəlib. Belə ki, ölkə hüdudlarından kənarda qeydiyyatdan keçən “Reportyor.org” bunu peşə fəaliyyəti və etik prinsiplərlə bir araya sığmayan hərəkətləri üçün sərbəst fəaliyyət göstərməyə imkan kimi dəyərləndirib. Belə qeyri-etik yanaşma Mingəçevir Şəhər İcra Hakimiyyəti barədə son vaxtlar yayımlanan, əsası olmayan materiallarda ifadəsini tapıb. Komissiya rəyə gəlib ki, saytın rekvizitlərinin, hətta elektron poçtunun göstərilməməsi də buna xidmətin əlamətləridir.

İclasda “Aktualxeber.info” barədə isə insanların şərəf və ləyaqətinin təhqirini, işgüzar nüfuzunun ifrat şəkildə aşağlanmasını Zaqatala şəhər 2 nömrəli tam orta məktəbinin şikayətini doğuran yazıda qabarıq şəkildə nümayiş etdirməsi ilə bağlı ölçü götürüb. Bu kütləvi informasiya vasitəsinin rəhbərliyi iclasda iştirak edib həmin məqamlara aydınlıq gətirmək əvəzinə müzakirədən yayınmağı üstün tutub. Bununla “Reportyor.org” və “Aktualxeber.info” saytlarının adlarının MŞ-nin “qara siyahı”sına salınması tövsiyə olunub.

Sonda Komissiya Xaçmaz rayonunun Armudpadar kənd sakini Qərənfil Abasovanın “Vəkilin səsi” qəzeti barədə şikayəti ilə əlaqədar araşdırmaların davam etdirilməsi barədə də rəy çıxarıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə