Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rauf Mirqədirov azadlığa buraxıldı – 5 il şərti cəza
Rauf Mirqədirov azadlığa buraxıldı – 5 il şərti cəza
17 Mart 2016 / 11:11 / Baxış sayı: 2216
Font1 Font2 Font3 Font4

Bu gün Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun qərarı ilə juralist Rauf Mirqədirov azadlığa buraxılıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, məhkəmənin qərarına görə, jurnalistə 5 il şərti həbs cəzası kəsilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, jurnalist 2014-cü ildə həbs edilmişdi. O, ötən ilin dekabr ayında hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Rauf Mirqədirov 2014-cü ilin aprel ayının 19-da Türkiyədə saxlanılaraq Azərbaycanadeportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.

Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı məlumat yayıb. Həmin məlumatda deyilir: “Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin, dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə