Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tehrandan Bakıya külli miqdarda narkotik gətirmək istədilər
Tehrandan Bakıya külli miqdarda narkotik gətirmək istədilər
17 Mart 2016 / 11:42 / Baxış sayı: 954
Font1 Font2 Font3 Font4

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığının qarşısı alınıb. Gömrük Komitəsinin mətbuat xidməti xəbər verir ki, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikasının vətəndaşına məxsus çamadan X-Ray aparatından keçərkən monitorda əks olunan 6 ədəd metal qablardakı naməlum maddənin təsvirləri gömrükçülərdə şübhə doğurub.

Yoxlama zamanı çamadandan içərisində qəhvəyi rəngli, kəskin iyə malik, toz şəkilində narkotik vasitəyə oxşar maddə olan 6 ədəd dəmir qablar aşkar olunub. Şəxsi yoxlama zamanı isə İran İslam Respublikasının vətəndaşının üzərindəki pul kisəsindən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron, kağız üzərində yazılı formada bəyan edilməyən 6 ədəd ağ rəngli həblər aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilən 6 dəmir qabdakı ümumi xalis çəkisi 4350 qram, qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət, spesifik iyli maddənin xaş-xaş bitkisindən kustar üsulla alınan narkotik vasitə-tiryək, 1 ədəd polietilen torbacıqda 6 ədəd ağ rəngli dairəvi formalı həblərin isə metadon adlı dərman preparatı olduğu müəyyən edilib.

Metadon adlı dərman preparatı ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in II siyahısına daxildir və 6 ədəd həbdən ibarət metadon adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 0.12 qram təşkil edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə