Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Belçikanın bir qrup rəsmi şəxsi arzuolunmaz elan edilir
Belçikanın bir qrup rəsmi şəxsi arzuolunmaz elan edilir
17 Mart 2016 / 15:11 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4

Onlar Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. 2016-cı ilin 15 mart tarixində Belçikanın Flamand regionunun yerli qanunverici orqanının bir qrup üzvü Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən verilən məlumata görə,    bu səfər “Avropa ermənilərinin ədalət və demokratiya naminə federasiyası” tərəfindən təşkil edilib və federasiyanın prezidenti Kaspar Karampetyan səfər zamanı onları müşayiət edib.

Bu səfərdə iştirak etmiş regional deputatlar Belçika daxilində və onun hüdudlarından kənarda radikal separatizmi dəstəkləyən baxışlara malikdirlər. Hətta onların bəziləri etnik və dini zəmində nifrəti təşviq edən mövqeləri ilə fərqlənirlər.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edərək bu şəxslər Ermənistanın Azərbaycana qarşı hərbi gücdən istifadə edərək təcavüzü, ölkəmizin ərazilərinin işğalı və işğal olunmuş torpaqlarda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticəsində yaradılmış qondarma rejimin təşviq olunmasına xidmət edirlər. Bu kimi qeyri-qanuni səfəri həyata keçirərək onlar Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Dövlət Sərhədi haqqında” Qanunlarını və Miqrasiya Məcəlləsini pozublar. Müvafiq araşdırma aparılaraq bu şəxslərin adları arzuolunmaz şəxslər siyahısına salınacaqdır.

Göründüyü kimi, erməni diaspora dairələri də bu kimi təxribatçı əməllərlə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına mane olmağa çalışır. Beynəlxalq hüquq, Belçika və Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi ilə ziddiyyət təşkil edən bu əməllər barəsində Belçika Krallığının icraedici və qanunverici orqanlarına etiraz müraciətləri göndəriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə