Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naxçıvan məktəbliləri Nərimanov rayonunda…
Naxçıvan məktəbliləri Nərimanov rayonunda…
17 Mart 2016 / 17:56 / Baxış sayı: 1028
Font1 Font2 Font3 Font4

“Ölkəmizi tanıyaq” turları çərçivəsində Naxçıvan məktəbliləri Nərimanov rayonunda  olublar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 54 şəhər və rayondan olan şagirdlər “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarda iştirak edirlər. 

Məktəblilər tur zamanı ölkəmizin tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olur, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirirlər. Səfər çərçivəsində məktəblilər Nərimanov rayonunda Novruz bayramı ilə əlaqədar keçirilən şənliyə qatılıb, rayon rəhbərliyi ilə görüşüblər.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov və Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev məktəbliləri salamlayaraq dövlətimizin başçısının tapşırığına əsasən keçirilən bu aksiyanın onların regionları daha yaxından tanıması və dünyagörüşlərinin artırılması üçün gözəl fürsət olduğunu qeyd edərək, bu turun Novruz bayramı ərəfəsinə təsadüf etdiyinə görə şagird və müəllimləri bayram münasibəti ilə təbrik edib, onların paytaxtımızdan zəngin təəsüratlarla ayrılacaqlarına əminlik ifadə ediblər.

Şagirdlər öz növbəsində bu imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə şagird və müəllimlərə xatirə hədiyyələri təqdim olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə