Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

19 manata Samsung J1 Ace mobil telefonunu qazanmaq imkanı
19 manata Samsung J1 Ace mobil telefonunu qazanmaq imkanı
17 Mart 2016 / 18:00 / Baxış sayı: 1190
Font1 Font2 Font3 Font4

Novruz ərəfəsində Azercell-dən iki yeni kampaniya

Azercell Telekom Novruz bayramı münasibətilə SimSim və eləcə də, Fakturalı Xətt abunəçiləri üçün çox sərfəli şərtlərlə daha 2 yeni kampaniyaya başlayır. Bayram ərəfəsində SimSim abunəçiləri üçün ilk dəfə olaraq faizsiz kredit şərtləri ilə Samsung J1 Ace mobil telefonu abunəçilərə təqdim olunur.

Kampaniya çərçivəsində Kombo 8 və ya Kombo 16 tariflərindən birinə qoşulmaqla abunəçilər Samsung J1 Ace modelli smartfona daha sərfəli şərtlərlə sahib ola bilərlər.

Belə ki, abunəçilər Kombo 8 tarif paketinə qoşulmaqla 18 ay müddətində cəmi 19 AZN, Kombo16 tarif paketində isə cəmi 27 AZN ödəniş etməklə Samsung J1 Ace mobil telefonunu əldə etmək imkanı qazanırlar. Martın 16-dan etibarən Azercell diler şəbəkələrinə və eləcə də, Azercell Ekspres ofislərinə müraciət etməklə abunəçilər bu kampaniyadan yararlana bilər.

Azercell bütün abunəçiləri üçün də çox sərfəli bir kampaniya təqdim edir. Belə ki, 18 mart-18 aprel tarixlərində Samsung S7 mobil telefonu əldə edən abunəçilər növbəti 6 ay ərzində Azercell-dən 5GB mobil internet hədiyyə qazanacaqlar. Bonusu aktiv etmək ucun 5 yazıb 2525-ə göndərmək və ya telefonun ekranında *100*5#YES yığmaq lazimdir. Kampaniya Azercell Diler şəbəkələrində və eləcə də bütün Azercell Ekspres ofislərində keçərlidir. Azercell bir daha sizi yaxınlarınızla birgə bu Bayram sevincini paylaşmağa dəvət edir!

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə