Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağda istehsal olunmuş mallar Ermənistan brendi kimi satılır
Qarabağda istehsal olunmuş mallar Ermənistan brendi kimi satılır
17 Mart 2016 / 18:17 / Baxış sayı: 1296
Font1 Font2 Font3 Font4

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən aparılan araşdırmalar nəticəsində ölkəmizin milli mətbəxinə aid olan bəzi qida məhsullarının Müstəqil Dövlət Birliyi (MDB) ölkələrinin ticarət şəbəkələrində ticari adı və istehsal yeri haqqında məlumatların təhrif olunaraq müvafiq idxalatçılar tərəfindən satışa buraxılması halları müəyyən edilib. 

Virtualaz.org Komitənin Mətbuat Xidmətinə istinadən bildirir ki, ölkəmizin milli mətbəxinə xas olan “Tut doşabı” və s. qida məhsullarının, üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu, üstəlik istehsal edildiyi tarixi Azərbaycan torpaqları – Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi göstərilməklə satışa təqdim olunur.

Beynəlxalq hüquq və ticarət qaydalarının kobud şəkildə pozulması hallarını müəyyənləşdirən DGK qeyri-qanuni əməllərin qarşısının alınması və həmin malların idxalına yol verilməməsi məqsədilə aidiyyəti qurumların qarşısında məsələ qaldırıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə