Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AŞPA prezidenti əfv fərmanını alqışladı
AŞPA prezidenti əfv fərmanını alqışladı
17 Mart 2016 / 18:43 / Baxış sayı: 1066
Font1 Font2 Font3 Font4

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv fərmanını alqışlayıb.

P.Aqramuntun bu məsələ ilə bağlı bəyanatında deyilir: “Bu gün Azərbaycanda 148 nəfərin, o cümlədən Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin, eləcə də bir sıra siyasi fəalların, jurnalistlərin və hüquq müdafiəçilərinin azadlığa çıxması barədə yaxşı xəbər almışam”.

AŞPA prezidenti bir neçə gün əvvəl Azərbaycana səfəri və rəsmi şəxslərlə görüşlər zamanı bu məsələni müzakirə etdiklərini xatırladıb. “Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm. 148 nəfərin azadlığa çıxması ilə nəticələnən bu böyük təşəbbüsü alqışlayıram”, – bəyanatda deyilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə