Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İspaniyadan müsəlmanlara jest
İspaniyadan müsəlmanlara jest
18 Mart 2016 / 10:32 / Baxış sayı: 1198
Font1 Font2 Font3 Font4

Müsəlmanlara münasibətin birmənalı olmadığı bir dövrdə Avropanın ən böyük dövlətlərindən biri olan İspaniya jest edib. Madrid bələdiyyəsi Ramazan ayında keçiriləcək tədbirlər üçün büdcəsindən vəsait ayırıb. Bu vəsait 150 min avro civarındadır. 

İspaniyaniyanın 3-cü böyük siyasi partiyası solçu “Podemos”un Madriddəkiqolu “Ahora Madrid” partiyasının rəhbərlik etdiyi bələdiyyə müsəlmanlar üçün büdcə ayıraraq bir ilkı imza atıblar.

Lakin bu qərara heç də birmənalı qarşılanmayıb. Mühafizəkar katoliklərin sərt reaksiyasına səbəb olub. Bəzi qəzetlər isə xristianlar üçün böyük önəm daşıyanPasxa bayramı üçün eyni bələdiyyənin 178 min avro ayırdığını xatırladıb. Onlar Çin yeni ili, Ramazan və Pasxaya demək olar ki, eyni miqdarda büdcə ayrılmasına etiraz ediblər.

ABC qəzetinin məlumatına görə, önəmli turizm məkanlarından biri olan Madriddə 278 906 müsəlman yaşayır. Çinlilərin sayı isə 49 831 nəfərdir. Qəzet bələdiyyənin bu qərarını “Madrid bələdiyyəsi Manuela Karmena çinlilərə 3 avro, müsəlmanlara 50 sent, katoliklərə isə 5 sent verir”, formasında verib.

İspaniyada turistlər

Avropada müsəlmanlara qarşı münasibət ötən ilin noyabr ayında Fransanın paytaxtı Parisdə baş verən terror hadisəsindən sonra daha da pisləşmişdi. Terror aktı noyabrın 13-də baş verib. Bir-birinin ardınca törədilən terror aktlarından ən böyüyü “Bataclan” konsert salonunda və Fransa-Almaniya arasında futbol matçı keçirilən stadionun yaxınlığında baş verib. Terror aktları nəticəsində 132 nəfər ölüb, 300-ə yaxın insan ölüb. Parisdə törədilən terror hadisəsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə