Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əfvin icrası başlandı
Əfvin icrası başlandı
18 Mart 2016 / 10:42 / Baxış sayı: 956
Font1 Font2 Font3 Font4

Yaxınları məhbusları sevinc içində qarşılayıblar. Azərbaycanda əfv sərəncamının icrasına başlanıldı. Bəzi məhbuslar əfv sərəncamı ilə artıq azadlığa çıxıblar. Cəzaçəkmə müəssisələrində məhbusları yaxınları qarşılayıblar. 

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı 148 məhkuma şamil olunub. Onlardan 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib. Onlardan 4-ü qadındır. 

Əfvə düşənlər arasında tanınmışlar da var. Məsələn, Tofiq Yaqublu, Nemət Pənahlı,  Rəşadət Axundov, Pərviz Həşimli, Hilal Məmmədov və başqaları həmin tanınmışlardandır.
Bu, son bir ildə prezidentin imzadığı üçüncü əfv sərəncamıdır. Belə ki, bundan əvvəlki sərəncam Yeni il bayramı ərəfəsində imzalanmışdı. Bu sərəncamla 210 nəfər azadlığına qovuşmuşdu.

Əfv olunan şəxslərdən biri futbolçudur. Bu, “Zirə” klubunda çıxış edən Novruzov Nurlan Zahid oğludur.

Ötən ilin Novruz bayramı ərəfəsində imzalanan sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da olub. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə