Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehriban Əliyeva Bakıdakı səfirlərin xanımlarını bir yerə yığdı
Mehriban Əliyeva Bakıdakı səfirlərin xanımlarını bir yerə yığdı
18 Mart 2016 / 10:48 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4

Martın 17-də – Novruz bayramı ərəfəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

AzərTAc-ın məlumatına görə, birinci xanım Mehriban Əliyeva qonaqları salamlayaraq diplomatik missiya rəhbərlərinin və onların həyat yoldaşlarının ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verdiklərini, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün gözəl imkan olduğunu bildirib.

“Əminəm ki, görüşdə iştirak edən bütün səfirlərin xanımları və səfirlər Azərbaycan ilə öz ölkələri arasında əlaqələrin daha da möhkəm, daha da geniş, daha da sıx qardaşlıq əsasında qurulmasında səylərini göstərirlər…

Mən sizə bu görüşə və ölkəmizdə göstərdiyiniz fəaliyyətə görə bir daha minnətdarlığımı bildirirəm. Qarşıdan gələn Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və ailələrinizə xoşbəxtlik, cansağlığı diləyirəm. Ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram”, – deyə M.Əliyeva vurğulayıb.

Görüş çay süfrəsi arxasında gələcəkdə reallaşdırılması mümkün olan layihələr, görüləcək işlərlə bağlı söhbətlə davam etdirilib. Sonda xatirə şəkli çəkdirilib. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə