Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir Raqozinin gizli Bakı səfərinin səbəbini açıqladı
Nazir Raqozinin gizli Bakı səfərinin səbəbini açıqladı
18 Mart 2016 / 10:57 / Baxış sayı: 1282
Font1 Font2 Font3 Font4

Rusiya silahlarının Azərbaycana tədarükü ilə bağlı müqavilələr üzrə ödənişlərlə bağlı problem yoxdur, ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlıq uğurla inkişaf edir. Bunu “Kommersant” qəzetinə müsahibəsi zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Ümumilikdə bizim Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərimiz kommersiya prinsiplərinə müvafiqdir və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf edir”, – deyə Məmmədyarov vurğulayıb.

O əlavə edib ki, silah müqavilələrinin maliyyə dəstəyi ilə bağlı problem yoxdur. Azərbaycanın XİN rəhbərinin sözlərinə görə, Bakı müqavilələrə uyğun olaraq bütün ödənişləri edir, lakin onların icrası ilə bağlı problemlər var:”O mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə qeyd olunan texniki parametrlərə uyğun olmalıdır”.

Məmmədyarov qeyd edib ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və məsələ ilə bağlı ətraflı izah alıb, heç bir problem qalmayıb.

“Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plan üzrə gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növlərinin texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq”, – deyə nazir əlavə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə