Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

KİV: ABŞ Əliyev-Sarkisyan görüşünü təşkil edir
KİV: ABŞ Əliyev-Sarkisyan görüşünü təşkil edir
18 Mart 2016 / 14:02 / Baxış sayı: 422
Font1 Font2 Font3 Font4

Azərbaycan heyəti sammitdə iştirak edəcək. Vaşinqtonda 31 mart – 1 aprel tarixlərində nüvə təhlükəsizliyi üzrə keçiriləcək sammitdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan iştirak edəcəklər.

“Aykakan Jamanak” (“Erməni vaxtı”) istinadən xəbər verir ki, diplomatik dairələrdə, ATƏT-in Minsk qrupunun üzv ölkələri, əsasən də ABŞ sammit çərçivəsində İlham Əliyevlə Sarkisyan arasında görüşü təşkil etmək üçün səylərini əsirgəmirlər.

“Azərbaycan tərəfi artıq rəsmi olaraq bəyan edib ki, İlham Əliyev sammitdə iştirak edəcək. Bununla yanaşı, ABŞ-da Türkiyə prezidenti Ərdoğan da olacaq”, – dərcdə yazılır. “Sarkisyan və Əliyevin son görüşü Berndə 2015-ci ilin dekabrında çox böyük çətinliklə təşkil edilmişdi. Hazırda Qarabağ münaqişəsi üzrə danışıqlar çıxılmaz dalandadır”, – dərcin müəllifləri bildiriblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə