Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədəkı yarmarka qiymətlərinə Elmar Vəliyev şəxsən nəzarət edir
Gəncədəkı yarmarka qiymətlərinə Elmar Vəliyev şəxsən nəzarət edir
18 Mart 2016 / 16:52 / Baxış sayı: 1414
Font1 Font2 Font3 Font4

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılması məqsədi ilə təşkil olunub.

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. kənd təsərrüfatı məhsullarını təqdim edirlər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərgi-satış yarmarkasının gedişatı ilə tanış olub, qiymətlərlə maraqlanıb, sakinlərlə həmsöhbət olub. Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Qorxmaz Əliyev, Sevda Quliyeva, Sadiq Rüstəmov və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasının tərəfdarıdırlar.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq) 21 manat

Un (25 kq) 10 manat 50 qəpik

Un (10 kq) 4 manat

Un (5 kq) 2 manat

Mal əti (kq-la) 5 manat

Qoyun əti (kq-la) 6 manat

Yumurta (ədədlə) 10 qəpik

Toyuq (kq-la) 2 manat 80 qəpik

Kartof 42 qəpik

Soğan 50 qəpik

Makaron (5 kq) 3 manat 60 qəpik

Makaron (1 kq) 81 qəpik

Qarabaşaq (NEON 800 q)

Düyü (NEON 800 q) 1 manat 95 qəpik

Kampot 80 qəpik

Göyərti (1 dəstəsi) 15 qəpik

Alma (1 kq)

Mandarin (1 kq)

Apelsin (1 kq)

Üzüm (1 kq) 1 manat 50 qəpik 1 manat 50 qəpik 1 manat 80 qəpik 1 manat 50 qəpik

Pomidor ( 1 kq)

Kələm 1 manat 40 qəpik 20 qəpik

Pendir (Atena 4 kq)

Xama (Atena 200 q) 16 manat 90 qəpik

Kərə yağı (YeniZellandiya 1 kq) 3 manat 50 qəpik

Qoz (1 kq)

Fındıq (1 kq) 3 manat 4 manat

Sosiska (Ovçular 1 kq)

Servalat (Ovçular 1 kq)

Doktorski (Ovçular 1 kq) 3 manat 20 qəpik 5 manat 40 qəpik 4 manat 40 qəpik

Qeyd edək ki, yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə