Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Zeytunluq”dakı qanunsuz tikililərin sökülməsinə başlanıldı – Yaşıllıq üçün
“Zeytunluq”dakı qanunsuz tikililərin sökülməsinə başlanıldı – Yaşıllıq üçün
18 Mart 2016 / 17:46 / Baxış sayı: 1854
Font1 Font2 Font3 Font4

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtın yaşıllıq zonalarındakı qeyri-qanuni inşaat işlərinin qarşının alınması üçün qanunvericilik çərçivəsində mübarizəni davam etdirir. 

BŞİH-dən verilən məlumata görə, ötən il paytaxtın Şıx çimərliyi ilə üzbəüz yerləşən “Dostluq” parkındakı qeyri-qanuni tikililərin söküntüsünə başlanıb. Bundan əvvəl Suraxanı rayonunda hərbi hissəsinin yaxınlığında yerləşən yaşıllıq zonasında, Sabunçudakı Mərkəzi parkda, eləcə də Binəqədi və Nərimanov rayonu ərazilərində aşkarlanan qanunsuz tikililərin söküntüsü həyata keçirilib. Paytaxtda qanunsuz tikililərlə mübarizəyə digər dövlət strukturları da cəlb edilib, ötən il daxili işlər orqanları tərəfindən aparılmış əməliyyat zamanı yaşıllıq zonalarında qanunsuz torpaq alqı-satqısı aparmaqda şübhəli bilinən iş adamı saxlanıb.

Hazırda isə Binəqədi rayonu, Zərifə Əliyeva parkının yaxınlığındakı “Zeytunluq” deyilən yaşıllıq zonasında qeyri-qanunu tikilinin sökülməsinə başlanıb.

BŞİH-dən verilən açıqlamaya görə, bundan sonra da paytaxtın ümumi memarlıq ansamblını pozan, ekoloji gərginlik yaranmasına səbəb olan qeyri-qanuni tikililər aşkarlandıqca onların söküntüsü davam etdiriləcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə