Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ekspert: “Azərbaycanda PKK təhlükəsi tamamilə realdır”
Ekspert: “Azərbaycanda PKK təhlükəsi tamamilə realdır”
20 Mart 2016 / 2:17 / Baxış sayı: 2186
Font1 Font2 Font3 Font4

Azərbaycanın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, təhlükəsizlik sahəsində ekspert Ərəstun Oruclu Azərbaycana gələn Türkiyə vətəndaşlarının diqqətlə yoxlanmasının, eyni zamanda bu ölkənin artıq burada olan vətəndaşlarının yoxlanmasının tərəfdarıdır. Bu barədə o, PKK terror təşkilatının Azərbaycanın ünvanına təhdidlərini şərh edərkən haqqin.az və virtualaz.org-un müxbirləri ilə söhbəti zamanı deyib.

Ekspertin fikrincə, PKK-ya meylli şəxslər müəyyən edildikdə, onlar dərhal ölkədən kənarlaşdırılmalıdırlar.

Onun sözlərinə görə, PKK təhlükəsi, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfərindən sonra, kifayət qədər ciddi ola bilər. Həmin səfər çərçivəsində Azərbaycan dövlətinin başçısı Türkiyə dövlətinə və hökumətinə tam dəstək nümayiş etdirmiş və PKK terror təşkilatının hərəkətlərini qınamışdı.

Ekspert hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanlarının istənilən terror təhlükəsinə cavab vermək üçün kifayət qədər gücü və vasitəsi var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə