Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Özümü Bakıda partlatmaq istəyirəm”
“Özümü Bakıda partlatmaq istəyirəm”
20 Mart 2016 / 2:27 / Baxış sayı: 322
Font1 Font2 Font3 Font4

Qız 16 martda Bakıda olduğu ilə bağlı tvitlər də paylaşıb. İstanbulun mərkəzi meydanı olan Taksimdə bu gün həyata keçirilən terror aktından sonra “Twitter” sosial şəbəkəsində bir kürd tərəfdarının bu şəbəkədə paylaşdıqları insanları qorxuya salıb.

Özünü Ərbil kökənli kürd kimi təqdim edən PKK tərəfdarı qız, İstanbulda bu gün törədilən terakta haqq qazandırıb.

İstanbulun mərkəzində partlayış, ölənlər var

Lakin diqqəti çəkən ən maraqlı paylaşım isə, onun “Ben de kendimi Baküde partlatmak istiyorum” yazması olub. Musavat.com yazır ki, bundan əlavə, PKK tərəfdarı 16 martda Bakıda olduğu ilə bağlı tvitlər də paylaşıb. Aşağıdakı linkdə həmin profilə daxil olub, baxa bilərsiniz.

https://twitter.com/rojin_evin

***

PKK tərəfdarlı qız daha sonra “Twitter” səhifəsində “Mən nə PKK-çıyam, nə terrorçu. Sadəcə öz düşüncələrimi paylaşdım”, “Bakıdan çıxdım, Ərbilə gəlirəm”, “Bütün Türk, Kürd, Azərbaycan xalqından üzr istəyirəm”, ”Dediklərimə görə utanıram. Məni bağışlayın, böyüklük sizdə qalsın”, – tipli tvitlər atıb.

PKK tərəfdarı olan qız

PKK tərəfdarı olan qızın “Twitter”i

Ötən gün səhər saatlarında İstanbulun ən turistik ərazilərindən biri olan İstiqlal caddəsində – Taksim meydanı yaxınlığında terrorçu-kamikadze özünü partladıb.

Terror aktı nəticəsində 5 nəfər ölüb, 7 nəfəri ağır olmaqla 36 nəfər yaralanıb. Ölənlərdən biri terrorçu-kamikadzedir. Yaralılar arasında 3 İsrail vətəndaşı var.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə