Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azsamand” qəzaya düşdü: sərnişinin onurğa sümüyü sındı
“Azsamand” qəzaya düşdü: sərnişinin onurğa sümüyü sındı
20 Mart 2016 / 2:38 / Baxış sayı: 1146
Font1 Font2 Font3 Font4

Qəzada xəsarət alan sərnişinin onurğa sümüyü sınıb.  Avtoqəza saat 20.20 radələrində Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində qeydə alınıb.

Sabirabad rayonu Qaratəpə kənd sakini, 1991-ci il təvəllüdlü Rəsulov Ələkbər Əbdülrəhim oğlunun idarə etdiyi “Azsamand” markalı 90 AE 130 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin Sabirabad rayonu Qaratəpə kənd sakini, 1998-ci il təvəllüdlü Rəsulzadə Aqşin Aqil oğlu ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Aqşin Rəsulzadəyə onurğa sümüyünün qapalı sınığı diaqnozu qoyulub. Hazırda xəstənin Bakı şəhərinə göndərilməsi gözlənilir. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə